Türkiyə qırıcıları Afrinə bildiriş atdıbackend

Türkiyə qırıcıları Afrinə bildiriş atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kürd və ərəb dillərində yazılmış bildirişlərdə mülki insanlara terrorçu mövqelərindən uzaq durmaları barədə xəbərdarlıq edilib.

“Dəyərli afrinli qardaşlarımız, PKK-YPG-PYD-İŞİD terrorçuları illərdir sizə və bizə maddi-mənəvi ziyan vurur, sizləri evlərinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Terrorçulara “dayan” deməyin vaxtı çatmışdır”, – bildirişdə yazılıb.

Bildirişdə həmçinin Afrindən ayrılmaq istəyənlərin təhlükəsizliyini TSQ-nın təmin edəcəyi də bildirilib.

Qeyd edək ki, bundan öncə Afrin radiosu ilə afrinlilərə müraciət edilmişdi. (axar.az)

İnterpress.az