Böyükağa Hacıyev dəfn olunubbackend

Böyükağa Hacıyev dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub. Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, “Keşlə”nin prezindenti Zaur Axundov, “Neftçi” rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klublarının rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra mərhum dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Cənazə namazının ardından B.Hacıyevin nəşi torpağa tapşırılıb.

Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə \”Bakı\” klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində \”Neftçi\”yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə \”Neftçi\”ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Allah rəhmət eləsin!

İnterpress.az