Ağsuda dəhşətli qəza — Nazirlik əməkdaşı və həyat yoldaşı öldübackend

Ağsuda dəhşətli qəza — Nazirlik əməkdaşı və həyat yoldaşı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Trend-ə istinadən məlumatına görə, həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.

O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində \”VAZ-2106\” və \”VAZ-2107\” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.

İnterpress.az