Zakir Fərəcova etiraz edən sahibkarlar aclıq aksiyası keçirir – TƏCİLİbackend

Zakir Fərəcova etiraz edən sahibkarlar aclıq aksiyası keçirir – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sahibkarların pullarını mənimsədiyi iddia olunur.

Məlumatda deyilir ki, icra başçısı tərəfindən pulları mənimsənilən sahibkarlar öz etirazlarını aclıq aksiyası keçirməklə bildiriblər. Həmçinin, sahibkarların mənimsənilən pullarının geri qaytarılması üçün hüquqi müstəvidə mübarizə apardıqları vurğulanır.

Bildirilir ki, zərərçəkən şəxslər bununla əlaqədar dəfələrlə Z.Fərəcova müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Onların sona qədər aksiyanı davam etdirəcəkləri bildirilir. Məlumatda o da vurğulanır ki, aclıq aksiyasında iştirak edən sahibkarlardan bir neçəsinin səhhətində problemlər yaranıb. Amma buna baxmayaraq, onlar mübarizələrindən əl çəkməyəcəklərini qeyd ediblər.

Aksiyas keçirən iş adamlarının Sumqayıt şəhərində görülən abadlaşdırma və yenidənqurma işlərində iştirak edərək xeyli pul sərf etdikləri bildirilir. Məlumatda qeyd olunur ki, Fərəcov şəhərdə tikilən dənizkənarı parkın tikintisində istifadə olunan bütün təsərrüfat mallarını sözügedən iş adamlarına məxsus şirkətlərdən alıb. Ümumilikdə, Z.Fərəcovun iş adamlarına 12 milyon manata qədər borcu olduğu deyilir.

Şikayətçiləri icra başçısının adından İH-ə çağıraraq onların pullarının qaytarılacağı deyilsə də, hələ də qaytarılmayıb. İş adamlarını, iddia etdikləri borclarını başçıdan tələb etmələri isə aralarında münaqişəyə səbəb olub. İddiaya görə, Z.Fərəcov zərərçəkənləri həbslə hədələyib.

Qarşıdan gələn prezident seçkilərini nəzərə alsaq, bunun Sumqayıt İH tərəfindən yaradılan təxribat kimi də düşünmək olar. Ölkə başçısının dəfələrlə sahibkarlara dəstək göstərmələri üçün məmurlara göstəriş verməsini nəzərə alsaq, Z.Fərəcovun bu addımına heç cür haqq qazandırmaq olmur. Fərəcovun öz cibini düşünməsi dövlətimizin və xalqımızın imicinə ağır zərbə olduğu göz önünə gəlir.

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

İnterpress.az