Azərbaycanlı futbolçu Almaniyada 21-ci qolunu vurdubackend

Azərbaycanlı futbolçu Almaniyada 21-ci qolunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası \”Dinamo\” \”Auerbax\”ı qəbul edib.

Matçda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. Lakin \”Dinamo\” son 10 dəqiqədə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 81-ci dəqiqədə Rafael Brand hesabı bərabərləşdirib. Cəmi 4 dəqiqə sonra isə çempionatın bombardiri Dadaşov fərqlənərək, Berlin klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran \”Dinamo\” 2-ci pillədəki mövqeyini qoruyub. Rüfət Dadaşov isə 21-ci qolunu vurub.

Qeyd edək ki, Rüfət cari mövsümdə keçirdiyi 20 oyunda 21 qol vurub. O, Regional Liqanın \”Şimal-şərq\” zonasında bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisini 6 top qabaqlayır.

İnterpress.az