11-ci sinif şagirdinin özünü güllələməsinin səbəbi: “Ailəsi yarışa buraxmayıb”backend

11-ci sinif şagirdinin özünü güllələməsinin səbəbi: “Ailəsi yarışa buraxmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şorsu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Firəngiz Qalib qızı Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib:

“Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”.

Sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdır: “Reanimasiyadadır. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki, Şəkidə 11-ci sinif şagirdi özünü gülələyib. Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova intihar məqsədi ilə özünü atasına məxsus ov tüfəngi ilə vurub. O, güllə yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İnterpress.az