Qüdrət Həsənquliyevin partiyası ilə BŞİH arasında problembackend

Qüdrət Həsənquliyevin partiyası ilə BŞİH arasında problem

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, BAXCP növbəti qurultayını 7 aprel 2018-ci il tarixdə “Bakı Əyləncə Mərkəzi”də keçirmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib. BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib. Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə partiyaya bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsindəki Mədəniyyət Sarayında keçirə bilər.

BAXCP isə meriyanın cavabından narazı qalıb. Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, Bakı Şəhər İcra Hakimiyyətindən onlara verilən cavabın sağlam düşüncə ilə izahı mümkün deyil: “BAXCP hesab edir ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcək. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”. (musavat)

İnterpress.az