Azərbaycanlı və erməni müğənnilər qrup yaradıb – Rusiyada – FOTO,VİDEObackend

Azərbaycanlı və erməni müğənnilər qrup yaradıb – Rusiyada – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, erməni müğənni ilə birlikdə musiqi qrupu təşkil edən azərbaycanlı müğənnilər Rusiyada həyata keçirdikləri konsertləri ilə gündəmə gəlib.

Elman Zeynalov, Elbrus Canmirzəyev, Aslan Huseynov və Tural adlı gənc müğənnilər Aşot Arzumanyan adlı erməni müğənni ilə birlikdə Rusiyada yerləşən restoranlarda konsert təşkil edib.

Müğənnilərin yeni yaratdığı musiqi qrupunun adı isə “KEMA MUSİC”dir. Gənc müğənnilər arasında adları açıqlanmayan bir çox azərbaycanlıların da olduğu deyilir. “KEMA MUSİC”də musiqi alətlərində ifa edənlərin əksəriyyətinin ermənilər olduğu istisna edilmir.

Sözügedən müğənnilərin bu il ərzində Rusiyanın Moskva, Sankt Peterburq, Sorotov və bir çox şəhərlərində erməni mahnılarından ibarət konsertlər təşkil etdikləri bildirilir.
Musiqi qrupunda daha çox Azərbaycan mahnılarının erməni dilinə tərcümə olunmuş şəkildə ifa olunması təkidlə vurğulanır. Eyni zamanda, qrupda yer alan A.Arzumanyan adlı erməni müğənninin Azərbaycanın milli musiqiləri altında öz yazdığı mahnılarının ifa etdiyi qeyd olunur.

Qeyd edək ki, sözügedən müğənnilərə erməni iş adamının maliyyə dəstəyi göstərdiyi vurğulanır.

Azərbaycanlı və erməni müğənnilər qrup yaradıb - Rusiyada - FOTO,VİDEO

İnterpress.az