Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır – Sabiq prezidentbackend

Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır – Sabiq prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə Albaniyanın sabiq prezidenti Sali Berişa deyib.

S.Berişa bildirib ki, burada dünya qarşısında duran çağırışlarla bağlı çox mühüm təkliflər və fikirlər irəli sürülür, səmərəli dialoq aparılır: “Əlbəttə problemin həlli üçün onun mütləq müzakirəsi aparılmalı, təkliflər irəli sürülməlidir. Bu baxımdan Bakı forumu çox səmərəli və əhəmiyyətli bir platformadır”.

S.Berişa bildirib ki, Bakı forumu hər il dünyada daha da tanınır və əhəmiyyəti artır: “Hər il keçirilən bu forum getdicə əhəmiyyətini daha da artırır. Eyni zamanda bu forum Azərbaycanın dünyada tanınması və nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir”.

İnterpress.az