Roma Papasının tapşırığı ilə kardioloqlar suriyalı uşaqları müalicə edirlərbackend

Roma Papasının tapşırığı ilə kardioloqlar suriyalı uşaqları müalicə edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq kardioloji şöbəsinin rəhbəri Fiore İorionun rəhbərlik etdiyi heyət İordaniyada yerləşən Zaatari düşərgəsindən qayıdıblar. Onlar orada 8 uşağın ürəyində əməliyyat aparıblar.

Fiore İorionu bildirib ki, əməliyyat olunanlar arasında bir yaşlı qız da var: “Eman adlı bu qızın ürəyinin yalnız bir mədəciyi var idi. Bu qüsuru aradan qaldırmaq üçün iki dəfədən çox əməliyyata ehtiyac var. Birinci əməliyyat uğurlu keçdi. Bir neçə ildən sonra ikinci əməliyyat olacaq”.

Şöbə müdiri deyib ki, həkimlər siyahıda olan daha 12 uşağı əməliyyat etmək üçün tezliklə yola düşəcəklər. (AZƏRTAC)

İnterpress.az