Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənibbackend

Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ordusunun Afrindəki əməliyyatları nəticəsində şəhər tam nəzarətə götürülüb.

Bu gün səhər saatlarında başlanan əməliyyat zamanı şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən tamamilə təmizlənib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün \”Zeytun budağı\” əməliyyatına başlayıb.

İnterpress.az