“Zaur elə bilib ki, geyindiyi hamam xalatı milli paltardır” – Əməkdar artistbackend

“Zaur elə bilib ki, geyindiyi hamam xalatı milli paltardır” – Əməkdar artist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hamam xalatında verilişə çıxarlar? Zaur hamam xalatıyla efirdə neynəmək istəyirmiş? Zaur bəlkə də, elə bilib, milli paltardır. Novruz bayramı ərəfəsində milli paltar geyinmək istəyib, sadəcə, səhv salıb”.

Bunu İnterpress.az-a açıqlamasında əməkdar artist Əli Mirəliyev aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildirərkən deyib.
Ə.Mirəliyev aparıcının milli paltarla hamam paltarının fərqini bilmədiyini bildirib: “Zaur səhv edib, çaşıb. Adətən, qarşıdan bayram gəlir deyə, milli paltarla çıxarlar efirə. Hamam paltarı ilə yox. Nətər olub ki, Zaur hamam paltarı ilə milli paltarın fərqini bilmir. Neçə ilin aparıcısıdır. Bunu necə ayırd edə bilməyib, çox gülməlidir. Qəsdən geyinibsə də, yəqin , məqsədi özünü gözdən salmaqdır. Adam qəsdən şortiklə efirə çıxmaz axı. Camaatı ələ salıb? Mən elə başa düşürəm ki, Zaur elə bilib ki, geyindiyi hamam xalatı milli paltardır”.

Əməkdar artist, həmçinin, televiziyalarda efir daxili nəzarətin gücləndirilməsi üçün bəzi senzuraların tətbiq olunmasının zəruri olduğunu vurğulayıb: Mən bunu həmişə demişəm ki, televiziyalarda keçmişdə olduğu kimi bədii şuralar fəaliyyət göstərməlidir və senzura olmalıdır. Bu şura özü efir daxili məsələləri tənzimləməlidir. Efirdə sözlərə, danışıqlara, musiqiyə, geyimlərə xüsusi diqqət və nəzarət olmalıdır. Səhnə mədəniyyət və efir mədəniyyətinə nəzarət güclənməlidir. Efirlər öz başına qalıb, ona görə də belə hallar baş alıb gedir”.

Ə.Mirəliyev efirə çıxan hər bir kəsin efir mədəniyyətinin olub-olmamasını müəyyənləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən imtahanlar keçirilməsinin lazım olduğunu qeyd edib: “Buna Milli Teleradio Şurası deyil, Mədəniyyət və Turizm Nazirliyi nəzarət etməlidir. Efirə çıxan hər bir kəsi – aparıcını, müğənnini mtahanlardan keçirməlidir ki, danışığı, səsi, musiqi savadı, geyimi və s yerindədir ya yox. Çünki efirə saqqalla çıxmaq olmaz. Aparıcı kostyumla, qalstukla geyinib efirə çıxmalıdır. Çünki, bunlara hamı baxır, ona görə də, bunlar nümunə olmalıdır”.

Qeyd edək ki, Z.Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin ötən günki buraxılışında hamam xalatı ilə efirə çıxıb.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev mətbuata açıqlamasında bildirilib ki, Zaurun verilişi yoxlanılacaq və qanun pozuntusu aşkar olunarsa, MTRŞ mövqe bildirəcək.

İnterpress.az