“Ankarada “Milliyyətçi hərəkat rüzgarı” əsirdi” – Sabir Rüstəmxanlı MHP-nin qurultayında – FOTObackend

“Ankarada “Milliyyətçi hərəkat rüzgarı” əsirdi” – Sabir Rüstəmxanlı MHP-nin qurultayında – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, siyasətçi qurultayla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. O, Ankarada Milliyyətçi hərəkat rüzgarı əsdiyini deyib: \”Bu gün Ankarada MHP- nin 12- ci olagan( növbəti) böyük qurultayında iştirak etdim. Türk ellərindən gəlmiş köhnə dost- tanışla görüşmək imkanına sevindim. Ankara-arena və ətrafı Türkiyənin yaxın-uzaq ellərindən gələnlərə dolu idi. Ankarada bir Milliyyətçi hərəkat rüzgarı əsirdi. Azərbaycanı Türkiyədəki səfirliyimizin əməkdaşları və mən təmsil edirdik. MHP Gənəl Başkanı Dövlət bəy Baxçalı son illərdə Türkiyənin üzləşdiyi faciəli olayları, Türkiyəni qamarğaya almağa çalışan güclər önündə türk millətinin qəhrəman mübarizəsini və MHP- nin Milli Duruşunu sərgiləyən parlaq bir nitq söylədi. Milli duruş, şəhidlərə vəfa, vətənin əbədiliyi qurultayın əsas şüarı idi. Çanaqqala zəfərinin dəfələrlə xatırlandığı bu möhtəşəm qurultaya son nöqtəni qəhrəman Türk Silahlı Qüvvələrinin Afrin şəhər mərkəzinə girməsi xəbəri qoydu. Əks- sədası bir ağızdan gəldi: \” Nə mutlu türküm deyənə!…\”

“Ankarada “Milliyyətçi hərəkat rüzgarı” əsirdi” - Sabir Rüstəmxanlı MHP-nin qurultayında - FOTO

“Ankarada “Milliyyətçi hərəkat rüzgarı” əsirdi” - Sabir Rüstəmxanlı MHP-nin qurultayında - FOTO

İnterpress.az