Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Lionel Messi: “DÇ-2018 bizim üçün son şansdır”

"DÇ-2018 mundialın qalibi olmaq üçün Argentina millisinin hazırkı nəslinin son şansıdır".

Dərc edilib: 19 mart 2018 [11:28]
Baxış sayı: 7454

İnterpress.az goal.com saytına istinadən xəbər verir ki, bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın “Barselona” klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.

Argentina millisi 2014-cü il dünya çempionatının finalında Almaniya yığmasına, 2015 və 2016-cı illərdə isə Amerika Kubokunun həlledici matçlarında Çiliyə uduzub. 30 yaşlı forvard deyib ki, uğursuzluqlara rəğmən, kuboku qazanacanlarına inanır: “Bu cür oyunlara, ölkəmizin arzusunu həyata keçirə bilmədiyimizə görə çox ağlamışam. Görünür, üç final bizə kömək etməyib. Ancaq kuboku qaldıracağımıza inanıram”.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. Argentina millisi İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıb. Hazırda Lionel Messi ilə yanaşı, Serxio Aqüero, Qonsalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano kimi futbolçular 30-dan yuxarı yaşdadır.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 203