Gürcüstandan Azərbaycana 876 avtomobil gətirilibbackend

Gürcüstandan Azərbaycana 876 avtomobil gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Stastika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib.

Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.

İnterpress.az