Taekvandoçularımız Ukraynadan 10 medalla qayıdırbackend

Taekvandoçularımız Ukraynadan 10 medalla qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günü də uğurlu çıxışı ilə yadda qalıb.

Belə ki, taekvondoçularımızdan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) turniri qızıl medalla başa vurub. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (+73 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olub.

İnterpress.az