Əxlaqa zidd sözlərlə yayılan videolar… – Aynur Camalqızıbackend

Əxlaqa zidd sözlərlə yayılan videolar… – Aynur Camalqızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Seçkilərin KİV-də işıqlandırılması” mövzusunda keçirilən tədbirdə deyib. A.Camalqızı sosial mediada Prezident əleyhinə yayılan video materialların təəssüf yaratdığını vurğulayıb:

“Tədbirdə qanunların imkan verdiyi şəraitdə sosial mediada cəzaların tətbiq ediləməsi məsələsinə toxunuldu. Bu mövzuda bir narahatlığımı sizinlə bölüşmək istəyirəm. Yutub kanalında Azərbaycanla bağlı istənilən məsələni araşdıranda ölkə rəhbərliyi ilə bağlı xoşagəlməz videolar müşahidə edilir. Bu montaj videoları elə ifadələrlə təqdim edilir ki, o sözləri küçədə belə işlətmək əxlaqa ziddir. Prezidentimiz artibutlarımız qədər dövlətimizin simvoludur. Buna hörmət etməyənlər qanunvericiliyə uyğun cəzalandırılmalıdır. Prezident İlham Əliyevin seçkilərdə namizəd kimi iştirak etməsi bu məsələdə həssaslığı ikiqat artırır. Müvafiq qurumlara müraciət edirik ki, Yutub kanalından bu videoların silinməsi üçün qanunvericiliyə və kanalın prosedurlarına uyğun addımlar atsın”. (axar.az )

İnterpress.az