Putinin sevgilisi də səs verib – FOTObackend

Putinin sevgilisi də səs verib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məşhur gimnastika ustası Anna Kabaeva Rusiyada keçirilən prezident seçkilərində səsvermədə iştirak edib. O, paytaxt Moskvada yerləşən seçki məntəqələrinin birinə gedərək səs vermədə iştirak edib.

Xanım Kabaeva hansı namizədə səs verdiyi barədə jurnalistlərin sualını cavablandırmaqdan yayınıb. O, kimə səs verdiyini gizli saxlasa da, Vladimir Putinin bu seçkilərdə qələbə çalacağına ümid etdiyini qeyd edib.

Qeyd edək ki, gimnast A.Kabaeva uzun müddətdir ki, Putinlə aralarında sevgi münasibətlərinin mövcudluğunu iddia edib.

Xatırladaq ki, bir neçə il öncə, Rusiya prezidenti ilə xanım Kabaevanın gizli şəkildə evləndiyi haqda məlumatlar yayılmışdı. Məlumatlarda Putinin 2013-ci ildə keçmiş həyat yoldaşı Ludmila ilə boşandığı deyilirdi. Buna səbəb kimi, Ludmilanın Putinlə Kabaeva arasında eşq münasibətlərinin olduğunu bilməsi göstərilir.

Putinin sevgilisi də səs verib - FOTO

Putinin sevgilisi də səs verib - FOTO

Putinin sevgilisi də səs verib - FOTO

Putinin sevgilisi də səs verib - FOTO

Putinin sevgilisi də səs verib - FOTO

İnterpress.az