“Elə etməliyik ki, gənc nəsil milli ruhda tərbiyə alsın” – Prezidentbackend

“Elə etməliyik ki, gənc nəsil milli ruhda tərbiyə alsın” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Dövlət başçısı daxili vəziyyətin sabit olduğunu və bu sabitliyin əsas təminatçısının Azərbaycan xalqı olduğunu vurğulayıb: \”Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik\”.

Prezident bildirib ki, bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir: \”Bir neçə gün bundan əvvəl VI Qlobal Bakı Forumu keçirilmişdir. Bu forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Deyə bilərəm ki, Qlobal Bakı Forumu dünyada keçirilən ən mötəbər forumların arasında qısa müddət ərzində özünəlayiq yer tuta bilmişdir. Bu gün Bakı Forumunda müzakirə olunan məsələlər hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcəkdir. Bu da qlobal, mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi Qoşulmama Hərəkatı və təşkilata üzv ölkələr tərəfindən bizə verilən növbəti dəstəyin təzahürüdür\”.

İnterpress.az