MTRŞ sədri: “Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir”backend

MTRŞ sədri: “Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Bu yaxınlarda ATƏT DTİHB-nin Müşahidə missiyası ilə görüşdüklərini deyən, MTRŞ sədri bildirib ki, onları hazırkı prezidentin fəaliyyəti ilə bağlı təbliğatın necə tənzimlənəcəyi maraqlandırır:

“Mən də prezidentin fəaliyyətinin televiziya və radiolarda işıqlandırılacağını, təbliğat xarakterli materialların isə bu zaman fərqləndiriləcəyini diqqətlərinə çatdırdım. Onlara bu sahədə qızıl balansı qoruyub saxlamağa çalışacağımızı bildirdik”.

N. Məhərrəmli qeyd edib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır:

“Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Ona görə də telekanallar namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Mən ona görə də namizədlərin pullu efir vaxtı ilə bağlı ödənişlərə normal yanaşmasını istərdim”.

İnterpress.az