Məşhur kimyaçı alim “Diplomatın tale yolu” kitabından danışdıbackend

Məşhur kimyaçı alim “Diplomatın tale yolu” kitabından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin məşhur kimyaçı alimi professor Hacalı Necefoğlu Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalovun həyat və fəaliyyətinə həsr edilmiş “Diplomatın tale yolu” kitabı haqqında öz təəssüratlarını qeyd edib.

Professor sözü gedən kitabın bəhs etdiyi H.Zeynalovun Azərbaycan və Türkiyənin dostluq münasibətlərində böyük rolu olduğunu qeyd edib.

H.Necefoğlu gələcəkdə Azərbaycan və Türkiyənin tarixi və münasibətləri haqqında araşdırma aparanlar üçün “Diplomatın tale yolu” kitabının istfadə olunacaq mənbə olduğunu qeyd edib.

O, kitabın, ümumilikdə, türk dünyasında dəyərli bir kitab olduğunu vurğulayıb.

P.S. Professor Hacalı Necefoğlunun sözügedən kitab haqqında təəssüratlarını daha ətraflı buradan oxuya bilərsiniz: http://www.kha.com.tr/mucadeleci-diplomatin-talih-yolu-25274h.html

İnterpress.az