Nikola Sarkozi həbs edildibackend

Nikola Sarkozi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Monde” qəzetində məlumat yayılıb.

“Bizdə olan məlumata görə, sabiq prezident Nanterdə polis nəzarətinə götürülüb. Liviyanın 2007-ci il prezident seçkilərini maliyyələşdirməsi iddiaları üzrə işin araşdırılması ilə bağlı polis bölməsinə aparılıb.” deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, 2012-ci ildə “Mediapart” nəşri Qəddafi rejiminin Sarkozinin seçkiqabağı kampaniyasını maliyyələşdirmək məqsədilə Fransaya 50 milyon avro göndərdiyi haqqinda sənədləri dərc etmişdi.

Bu qalmaqalla bağlı məhkəmə araşdırması altı ilə yaxındır ki, davam edir.

İnterpress.az