Lotu Quli əslində bu peşənin sahibi olmaq istəyirmiş – VİDEObackend

Lotu Quli əslində bu peşənin sahibi olmaq istəyirmiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu, onu çoxdan tanıyanlar da təsdiq edir. Quli kriminal həyata çox erkən yaşlarında, təxminən 15 yaşında olanda meyl edib, necə deyərlər, öz gələcəyini bu mühitdə görüb. Deyilənə görə, o, yeniyetmə olanda “Nadir, böyüyəndə nəçi olacaqsan?”-deyə sual verənlərə, onun valideynləri yarızarafat-yarıgerçək “oğlumuz böyüyəndə” “vor” olacaq” deyirmişlər. Quli elə o vaxtlardan, yəni 15-16 yaşından kriminal aləmə atılıb. Yeni başlayan canilər kimi, ilk cinayət təcrübələri uğurlu alınıb, yəni “ilişməyib”. O, 23-24 il öncədən başlayaraq dəfələrlə kəsişmə, toqquşma məqamlarında bu sözü işlədib: “Mən Quliyəm”. Onun bu ifadəsi rəqiblərinə münasibətdə hədə və xəbərdarlıq, dostlarına, yaxınlarına münasibətdə isə güvənc səciyyəsi daşıyır. ( big.az)

İnterpress.az