Trump niyə Putini təbrik etmədi? Ağ Ev izah edirbackend

Trump niyə Putini təbrik etmədi? Ağ Ev izah edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trumpın mətbuat katibi Hogan Gidley jurnalistlərə açıqlamasında Putinin qələbəsinin Vaşinqton üçün sürpriz olmadığını, Kremlə telefon zənginin isə planlaşdırılmadığını bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığı davam etdirmək niyyətindədir.

\”Biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirəcəyik, lakin Rusiya bizim maraqlarımızı təhdid edərsə, onu cavab verməyə məcbur edəcəyik\”, Hogan Gidley deyib.

\”Biz seçkilərin nəticələrinə təəccüblənmədik\”, cənab Gidley əlavə edib.

Qərb liderləri Putini seçkilərdən sonra şəxsən təbrik etməyə tələsməyib.

Kremlə ilk təbrik teleqramlarını Çin Xalq Respublikası, Azərbaycan, Belarusiya, Ermənistan, Macarıstan, Özbəkistan, Venesuela, Türkmənistan, Qazaxıstan, Tacikistan, Kuba, Moldova və Kırğızıstan prezidentləri, tanınmamış Abxaziya və Cənubi Osetiya liderləri göndərib.

Avropa Birliyi yaydığı bəyanatda seçkilər zamanı seçki prosesinin pozulması, xüsusilə də seçkiqabağı təşviqat zamanı namizədlərin fəaliyyətinin birtərəfli işıqlandırılması və siyasi hüquqların məhdudlaşdırılması ilə bağlı narahatlığını qeyd edib.

\”Biz Rusiyadan pozuntu və çatışmazlıqların düzəldiləcəyini gözləyirdik\”, Avropa Birliyinin bəyanatında deyilir.

Fransa mətbuatının yazdığına görə, Fransa prezidenti Emmanuel Macron Kremlə zəng etsə də Putini təbrik etməyib, ölkənin modernləşdirilməsi sahəsində uğurlar arzulayıb.

Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Recep Tayyip Erdoğan, İsrailin Baş naziri Benyamin Netanyahu da Putini təbrik edənlər arasında olub. (bbc)

İnterpress.az