Bayram qonaqlığı qətllə nəticələndibackend

Bayram qonaqlığı qətllə nəticələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az