Qəzzafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildiribbackend

Qəzzafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda \”Report\” \”Middle East Monitor\” nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Seyf əl-İslam Qəzzafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəzzafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.

Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.

N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Martın 21-də istintaq orqanları Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

İnterpress.az