Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Elşən Musayev - "Şüuru dabanının altında olan riyakarlar gec olmadan qanun qarşısında cavab verməlidir"

Millət vəkili Elşən Musayev Avropada məskunlaşmış mühacirləri sərt tənqid edib.

Dərc edilib: 22 mart 2018 [20:37]
Baxış sayı: 31323

Deməli belə: Avropada məskunlaşmış 2 anti-milli ünsür “facebook” üzərindən dünən debat təşkil edib. Guya. Hərçənd ikisi də eyni vaxtda danışır, söyür və təhqir edir. Yəni, adı debatdır, əslində isə - bekarçılıqdan çənə döymək. Bilinmir mövzu nədir, motiv nədir, məqsəd nədir. Çayxanada oturub vaxt öldürən – fason halları var. Əlqərəz, dodaqlarının altında bir xeyli, boş-boş qırıldadılar və nəhayət....axırda foksu nəticəvi hisəyə kökləyə bildilər. Ki, bəs hakimiyyəti devirsələr iqtidara və iqtidarın təəssübkeşlərinə (bizə) qarşı necə davransınlar. Və..yenə fikir haçalandı. Biri dedi, humanist olaq, dəyməyək, çıxıb hara gedirlər getsinlər. Digəri isə razılaşmadı. Göndərdi bizi 15-20 illik həbsə. Amma adamın ütündə Allah var, ardınca da söz verdi ki, yeməyimizi – içməyimizi yaxşı edəcək, çörək sarıdan korluğumuz olmayacaq.

Bax, vəziyyət budur, əzizlərim. Gədə-güdə ünvanımıza ismarıc yollayır. Öz aləmlərində bizi dolayır və gülürlər. Oysa öz günlərinə, öz düşdükləri rəzil duruma, diksiyalarındakı, jestlərindəki cəhalətə, sahib olduqları mənəviyyatdakı səfalətə gülən lazım. Gülən... və gülə-gülə də ağlayan.

Qulaq “bloknot”larında xeyli söyüş var. Hiss olunur. Nə hərf desən, onunla başlayan milyon söyüş bilirlər. Tərbiyəsizlikləri vücudlarına qədər hopub, kostyum geyinib qalstuk taxanda da yöndəmsiz görünürlər. Bir tək rəsmi, bəlağətli söz deyil, hətta rəsmi, bəlağətli geyim də özündən atır, bu – sapsız baltaları. Amma susmurlar. İftira və həqarət maşını şütüyür. Daha doğrusu zorla şütüdürlər – öz bomj timsallarında!

Hələ o gün idman salonundan video qoyub, qol şişirdir, bu yaramazlardan biri - Orduxan. Deyən lazım ki, o qol əzələsindən çox yox, yarımca qram da başına transfer elə, hərdən beyin masajı yap, kitab oxu, jurnal vərəqlə, yazı yaz. Kələ kimi qalmısan. Bircə cüt buynuzu gizlədə bilmisən, uzun hörüklərin altında.

Baxış da iyrəncdi, gülüş də, davranış da. Deyirəm böyüyün gəlsin, onunla danışaq, böyüklərinin başı qarışıb baykot sevdasına. Deyirəm, gözünüzdən 3D eynəyini çıxarın, ayaq yollarından çıxın, öz uğursuzluğunuzu, səbatsızlığınızı nifrinlərlə, yalançı ittihamlarla kompensasiya etməyin – veclərinə deyil. Deyirəm ay Əli Kərimli, ay Cəmil Həsənli – sizi öz meydanınızda, öz mətbuatınızda, qaraguruhun çoxluq təşkil etdiyi öz feysbuk səhifələrinizdə debata çağırıram – dabana tüpürüb qaçırlar, gördüm deyən tapılmır. Deyirəm yaxşı, hamının əvəzinə məni söyün, ürəyiniz soyusun, amma yetər ki, dayanın, susun, insanları bu qədər iyrəndirməyin – yenə qulaqardına vururlar. Yaxşı bəs neyləyək? Havadan-havaya, distansionmu döyüşək? Nə cürsə übəüz gəlməliyik ya yox? Yolunu deyin də...

Bu ölkədə hansısa xaricinin cürəti çatarmı ki, öz ölkəsinə, onun rəhbərliyinə həqarətlər yağdırsın? Çatmaz. Çatsa da cinayət elementi, cinayət motivi yaranana, qırmızı xətt keçilənə qədər – çatar! Çünki az qala bütün dünyanın qoşulduğu Beynəlxalq Konvensiyalar, cinayətkarların verilməsi ilə bağlı ekstradisiya müqavilələri (razılaşmaları) var. Yaxşı bəs o zaman haqqında danışdığım cinayətkar ünsürlər, siyasi mürtədlər Avropada niyə və necə rahat gəzirlər? Lap girdirmə yollarla saxta mühacir statusu alsınlar, imitasiya etsinlər, qab yuya - yuya, sifon çəkə-çəkə yazıq, “əməksevər” sima yaratsınlar. Olurlar, toxunulmaz? Məgər mühacir dediyin bu cür qatı cinayətləri törətməkdə sərbəstdir? Onlara hər şey olar?

Mövzu artıq söz savaşından, ritorikadan keçməyibmi? Artıq bu disskusiyaları bağlayaraq hüquqi kontekstdə tədbir görməyin zamanı deyilmi? Zamanıdır, təbii. Hətta gecikmişik belə.

Erməninin dili, təlimatı ilə danışanlar, “bizim qəbirləri erməni dağıtmayıb” – iddiasına qədər yol qət etmiş nadanlar, Konstitutsiyaya, cinayət məcəlləsinə dırnaqarası baxan yabanılar, şüuru dabanının altında olan riyakarlar gec olmadan qanun qarşısında cavab verməlidir. Və..verəcəklər də!

Həmin gün uzaqda deyil....

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134