Natiq Məmmədov: “İndiyədək təşviqatla bağlı MSK-a heç bir şikayət daxil olmayıb” – VİDEObackend

Natiq Məmmədov: “İndiyədək təşviqatla bağlı MSK-a heç bir şikayət daxil olmayıb” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib.

Onun sözlərinə görə, bütün rayonlarda namizədlərlə seçicilərin görüşlərinin keçirilməsi üçün yerlər ayrılıb.

Onun sözlərinə görə, namizədlərin təşviqat prosesini aparması üçün insanların daha çox toplaşdığı yerlərdə 10 mindən çox lövhədə təşviqat məlumatlarının yerləşdirilməsinə şərait yaradılıb. Bundan başqa, sahibkarlıq obyektlərinin binalarındakı şüşə hissələrə də namizədlərin təşviqat məlumatları yerləşdirilərək nümayiş oluna bilər.

Namizədlərin təşviqat kampaniyasını aparmaq üçün onların Kütləvi İnformasiya Vasitələrindən pulsuz istifadə imkanları da yaradılıb. Belə ki, hazırda İctimai Televiziya və 3 dövlət qəzeti bu hüququ təmin etmək üçün çalışır və istənilən namizəd yaradılan bu pulsuz imkandan istifadə edə bilər.

Natiq Məmmədov onu da qeyd edib ki, müşahidəçilərin də seçki prosesində iştirakına böyük imkanlar yaradılıb.

O, hazırda dünyada ən çox məlumat axınının baş verdiyi internet sisteminə də Azərbaycanda heç bir qadağa olmadığını və insanların seçki ilə bağlı istədikləri məlumatı burdan asanlıqla əldə edə biləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, prezidentliyə namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayıb və aprelin 10-u səhər saat 8-də başa çatacaq.

Videomaterialı sizə təqdim edirik.

İnterpress.az