Şəhid olan əsgərin atası danışdı: “Oğlumla fəxr edirəm” – ÖZƏLbackend

Şəhid olan əsgərin atası danışdı: “Oğlumla fəxr edirəm” – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Xəyyamın həyatda ən böyük arzusu şəhid olmaq idi. O, elə deyirdi ki, dövlətimiz, vətənimiz, xalqımız uğrunda şəhid olmaq istəyirəm. Bunu elə təbəssümlə deyirdi ki, sanki, o, şəhidlik zirvəsinə ucalacağını öncədən bilirdi\”.

Bunu İnterpress.az-a açıqlmasında ötən gün döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olan Xəyyam Rzayevin atası Pənah Rzayev deyib.

Şəhid X.Rzayev hərbi xidmətə getməmişdən öncə, valideynlərinə şəhid olsa,narahat olmadıqlarını bildirib: \”Getməmişdən qabaq dedi ki, narahat olmayasız deyə, indidən deyirəm sizə. Bidəfə dedi ki,ata, böyük qardaşım hərbi xidmətə yararlı olmadığı üçün mən onun da əvəzində xidmət edəcəm\”.

Şəhid atası oğlu ilə fəxr etdiyini bildirib: \”Mən bu gün oğlumla bir daha fəxr etdim. Qürur hissi duyuram ki, oğlumun şəhid olmasına görə, bu gün minlərlə adam bizə gəlir və mənə təsəlli verir. Bunlar hamısı mənim üçün təsəllidir. Mən fəxr edirəm Xəyyamla. Xəyyam dünənə qədər təkcə mənim oğlum idisə, bu gündən bu xalqın, millətin də oğludur. Əsas odur, Vətən sağolsun. Bu torpaqda yaşayırıqsa, millətimizi, dövlətimizi seviriksə, bu torpaq uğrunda canla başla onu qorumalıyıq\”.

Qeyd edək ki, martın 23-də cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Rzayev Xəyyam Pənah oğlu xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olub.

İnterpress.az