Atanı oğluna görə güllələdilər – VİDEObackend

Atanı oğluna görə güllələdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayonun Qızılavar kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 65 yaşlı Ağəddin Ağayev güllələnib. Masallı rayon mərkəzi xəstəxanasına çatdırılan Ağəddin Ağayevdə 4 güllə yarası aşkar edilib.

Güllələrdən biri onun qolundan, üçü isə qarın nahiyəsindən dəyib. Yaralı dərhal əməliyyata götürülüb, onun vəziyyətinin ağır olduğu deyilir. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Rayon polis şöbəsindən verilən məlumata görə kənd sakininə güllə atan şəxs və ya şəxlər hələki müəyyənləşməyib.

İddialara görə münaqişə Ağəddin Ağayevin oğlu ilə onu vuran şəxs və ya şəxslər arasında baş verib. Oğlunu axtarıb tapa bilməyən həmin şəxslər atasını güllələyiblər.

Faktla bağlı araşdırma aparılır. ( xezerxeber )

İnterpress.az