Millimizin oyununu Cüneyt Çakır idarə edəcəkbackend

Millimizin oyununu Cüneyt Çakır idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az xəbər verir ki, o, Antalyada keçiriləcək Azərbaycan – Makedoniya yoxlama oyununda videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Xatırladaq ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İnterpress.az