Şəhriyar Məmmədyarovdan növbəti qələbəbackend

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. Qarşılaşma təmsilçimizin qələbəsi ilə başa çatıb. Gərgin keçən görüşdə rusiyalı 39-cu gedişdə təslim olub.

Bu partiyadakı qələbə ilə ikinci pilləyə yüksələn Şəhriyar qalib gəlmək üçün bütün ümidlərini son tura saxlayıb. Son turda Məmmədyarovun rəqibi Vladimir Kramnik olacaq.

İddiaçılar turniri

XIII tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) – Aleksandr Qrişuk (2767, Rusiya) – 1:0

Uesli So (2799, ABŞ) – Sergey Karyakin (2763, Rusiya) – 0.5:0.5

Fabiano Karuana (2784, ABŞ) – Levon Aronyan (2794, Ermənistan) – 1:0

Liren Dinq (2769, Çin) – Vladimir Kramnik (2800, Rusiya)

Turnir cədvəli: Karuana – 8, Məmmədyarov, Karyakin – 7.5 xal; Qrişuk, Dinq – 6,5; Kramnik, So – 5,5; Aronyan – 4.

İnterpress.az