Xalq artisti xərçəngdən öldübackend

Xalq artisti xərçəngdən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə APA-ya xalq artisti Məbud Məhərrəmov məlumat verib. O bildirib ki, Yuri Baliyev xərçəng xəstəliyindən əziyyət çəkib. Aktyorun dəfn olunacağı yer hələlik məlum deyil.

Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, \”Ayı\”), Bernardo (L.de Veqa, \”Xitroumnaya vlüblennaya\”), Rasputin (R.İbrahimbəyov, \”Petlya\”), Çingizxan (M.Şaxanov, \”Çingizxanın sirri\”), İxtiyar (N.Xəzri, \”Burla Xatun\”), Şamrayev (A.P.Çexov, \”Qağayı\”), Professor (N.Rəsulzadə, \”Nonsens\”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.Y.Baliyev bir neçə filmdə də çəkilib. \”Ovsunçu\”, \”Babək\”, \”Salandar\”, \”Tehran-43\” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

İnterpress.az