Qara Qarayevə həsr edilmiş konsert keçiriləcəkbackend

Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında görkəmli bəstəkar, xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

Konsertdə görkəmli bəstəkarın seçilmiş əsərləri tanınmış ifaçılar tərəfindən səsləndiriləcək.

Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi, Filarmoniya və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

İnterpress.az