29 yaşlı gənc uşağı olmadığına görə özünü öldürdü – Müalicə etməyə imkanı yox imiş…backend

29 yaşlı gənc uşağı olmadığına görə özünü öldürdü – Müalicə etməyə imkanı yox imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, rayonun Köhünlü kənd sakini, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun ailəli olduğu, lakin son vaxtlar psixoloji vəziyyətinin yaxşı olmadığı üzə çıxıb. Belə ki, bir neçə il əvvəl ailə həyatı quran Maqsudun övladının olmaması onun özünə qapanmasına səbəb olub. Bir neçə dəfə müalicə alan gənc oğlan daha yaxşı tibbi müayinədən keçmək üçün maddi imkanın olmaması səbəbindən sarsıntı keçirib.

Hadisə baş verənn gün qardaşına telefonda mesaj yazaraq özünü öldürəcəyini deyən 29 yaşlı M.Zamanov ailəsindən halallıq istəyərək özünü Kürə atıb.

Qeyd edək ki, M.Zamanovun meyiti batdığı yerdən 100 metr aralıda tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az