MSK sedri MDB PA-nin ekspert qrupu ile görüşdü – FOTObackend

MSK sedri MDB PA-nin ekspert qrupu ile görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə istinadən xəbər verir.

Qonaqları səmimiyyətlə salamlayan sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib və MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.

Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdiriməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

MSK sedri MDB PA-nin ekspert qrupu ile görüşdü - FOTO

İnterpress.az