Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Elxan Şahinoğlu: “Amerika və Türkiyə Mənbiç məsələsində anlaşacaq”

Mənbiç məsələsində Ağ Evlə Ankara ortaq məxrəcə gələcək.

Dərc edilib: 28 mart 2018 [09:49]
Baxış sayı: 7816

Nüfuzlu “Washington Post” qəzeti Türkiyənin Afrində həyata keçirtdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı analitik yazı yayımlayıb. Burada göstərilir ki, ABŞ və Türkiyə arasında yaranan “çat” getdikcə dərinləşir. Bu proses isə Ağ Evi Suriyada ciddi strateji problemlə üzbəüz qoyur. Analizdə Afrin əməliyyatının “baha başa gəldiyi” iddia olunmaqla yanaşı, bu hadisənin Ankara ilə Vaşinqton arasındakı çatı dərinləşdirdiyi, Türkiyə ordusunun daha da irəliləyəcəyi təqdirdə ABŞ-la qarşı-qarşıya gələcəyi bildirilib.

Qeyd edək ki, Afrinin ardınca Türkiyə Silahlı Qüvvələrinin terrorçuları məhv etmək üçün Mənbiçə də girəcəyi istisna deyil. Hansı ki, onun baş verməsilə Ağ Evlə Ankaranın qarşı-qarşıya gələcəyi gözlənilir.

Məsələni Yenicag.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, ABŞ ilə Türkiyə Mənbiçlə bağlı anlaşacaq:

Elxan Şahinoğlu: “Amerika və Türkiyə Mənbiç məsələsində anlaşacaq”


“Afrin əməliyyatında əldə olunan uğur Türkiyə ordusu, xalqı və hakimiyyətində haqlı olaraq böyük ruh yüksəkliyi yaradıb. Türkiyə doğru olaraq bölgəni gərginlikdə saxlayan PKK terrorunun kökünü kəsmək istəyir. PKK terrorçuları isə tək Suriya ərazisində deyil, İraqda da var. Ona görə Sincağa müdaxilə barədə də artıq fikirlər səslənir. Xəbərlərə görə, artıq Türkiyənin müəyyən hərbi hissələri bu əraziyə də daxil olublar. Fikrimcə, terrorun kökünü kəsmək üçün növbəti hədəflərdən biri Mənbiç olacaq. Sadəcə, bu məsələ böyük ölçüdə Vaşinqtonla razılaşdırılmalıdır. ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonla bu məsələdə faktiki olaraq razılıq əldə olunmuşdu. Razılığa görə həmin əraziyə Türkiyə ilə ABŞ birgə nəzarət etməlidir. Amma ABŞ-da Pompeonun timsalında yeni dövlət katibi təyin olunub. Bu mənada yəqin ki, Mənbiç məsələsi onunla da müzakirə olunmalıdır. Məsələnin ABŞ-la tam razılaşdırılmayana qədər Türkiyə ordusunun Mənbiç istiqamətində hücuma keçəcəyinə inanmıram.

Ancaq bununla yanaşı düşünürəm ki, bu məsələdə yeni dövlət katibi ilə də razılıq əldə olunacaq. Hərçənd, ABŞ yanlış olaraq PKK-ya bağlı qüvvələrə dəstək verdi, amma Afrin əməliyyatı həmin qüvvələrin Vaşinqtonun maraqlarını bölgədə təmin etmək üçün heç bir gücünün olmadığını göstərdi. Ona görə də strateji müttəfiq olan Türkiyə ilə əlaqələri yenidən bərpa etmək lazımdır. Tramp da əslində, bunu istəyir. Ona görə də düşünürəm ki, son nəticədə Mənbiç məsələsində də hər iki ölkə ortaq məxrəcə gələcək”.










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 203