11-ci sinif şagirdi itkin düşdübackend

11-ci sinif şagirdi itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Valideynləri günorta saatlarında evə gəlmədiyinə görə onun axtarışına başlayıblar. Bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşludur, sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkcə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

11-ci sinif şagirdi itkin düşdü

İnterpress.az