Bakıda süpürgəçi qadını avtomobil vurdu – FOTObackend

Bakıda süpürgəçi qadını avtomobil vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. O bildirib ki, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ötən gün axşam 17:10 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

İnterpress.az

Bakıda süpürgəçi qadını avtomobil vurdu - FOTO