Daha bir deputat sosial şəbəkələrə qarşı çıxdı – AÇIQLAMAbackend

Daha bir deputat sosial şəbəkələrə qarşı çıxdı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib.

Deputat bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə nəzarətin gücləndirilməsinə tərəfdar olduğunu söyləyib:

\”Əslində, Azərbaycan dövləti əleyhinə çağırışlar edilən sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır. Çünki sosial şəbəkələr insanların intelektual səviyyəsini yüksəltmək üçündür. Daha insanların beynlərini xarab edib, əyri yollara sürükləmək üçün deyil. Bu gün sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Sosial şəbəkələrlə bağlı Azərbaycan qanunverciliyində də müəyyən qərarlar qəbul edilib. Ona görə də hər bir şəxs öz davranışına cavabdeh olmalıdır”.

Rüstəm Xəlilov qeyd edib ki, xaricdə Azərbaycan əleyhinə kampaniya aparan adamlar daha çox sosial şəbəkələrdən istifadə edirlər:

\”Bu adamlar çox rahat şəkildə sosial şəbəkələr vasitəsilə müxtəlif təxribatlar apara bilirlər, mövcud imkanlardan sui-istifadə edirlər, maraq güdürlər. Ona görə də mən arzu edirəm ki, Azərbaycanda gedən sürətli inkişafın və ölkəmizin nüfuzunun dünyada tandılmasında sosial şəbəkə istifadəçiləri düzgün mövqe nümayiş etdirsinlər. Daha Azərbaycanın hərbi sirlərini və digər təxribat yönümlü materiallar yayımlamasınlar\”.

Deputat əlavə edib ki, xaricdə Azərbaycan əleyhinə təhqiramiz çıxış edən adamlar öz tərbiyəsini göstərir:

\”Əslində, müxalifət siyasi mübarizəni söyüşlə deyil, sivil qaydada aparmalıdır. Amma bu adamlar küçə söyüşləri ilə Azərbaycan əleyhinə çağırışlar edirlər. İnanın ki, əgər bu adamların qanlarını yoxlasaq, inanmıram ki, azərbaycanlı qanı tapılsın. İstər Avropada, istərsə də, dünyanın ayrı yeri olsun, insan öz kökünü, ölkəsini unutmamalıdır. Bu adamların söyüşləri onların səviyyəsindən xəbər verir. Belə siyasi mübarizə aparmaq olmaz. Bu cür hərəkətlər siyasət aləmində xuliqanlıq və tərbiyəsizlik hesab olunur”.

İnterpress.az