Millət vəkili: “Məsum insanlarımızı qətlə yetirən qatillər ədalət qarşısında cavab verməlidir” – VİDEObackend

Millət vəkili: “Məsum insanlarımızı qətlə yetirən qatillər ədalət qarşısında cavab verməlidir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Sivas Cümhuriyyət Universitetində Qarabağ problemi, 31 Mart soyqırımı və Türk dünyası ilə bağlı konfrans verib.

Yüzlərlə tələbə və müəllimin iştirak etdiyi konfransda millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türk dünyasına, dünyanın hər yerində yaşayan Türk diasporuna və diaspor təşkilatlarına çağırış edib.

Millət vəkili 31 Mart soyqırımı, ermənilərin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı geniş məlumatlar verib: \”Biz 31 mart soyqırımı, Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq”.

Sivas Cümhuriyyət Universitetinin rəhbərliyi konfransın əhəmiyyətini vurğulayaraq millət vəkili Qənirə Paşayevaya bu cür konfrans üçün təşəkkürlərini bildiriblər. Millət vəkili Qənirə Paşayevaya plaket təqdim edən Sivas Cümhuriyyət Universitetinin rəhbərliyi onu yenidən universitetdə konfrans vermək üçün dəvət ediblər

Millət vəkili konfransda iştirak edən KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb, eyni zamanda tədbir iştirakçılarına müəllifi olduğu kitabları imzalı hədiyyə edib.

İnterpress.az