Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır – FOTObackend

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Nərimanov rayon Ağa Nemətulla küçəsində yerləşən binanın sakinləri bildirib.

Ağa Nemətulla küçəsi, ev 19/87 ünvanında yaşayan sakinlərin sözlərinə görə, 8 ildir ki, onlardan yaşadığı binada istifadə etdikləri liftə görə hər ay xidmət haqqından əlavə 10 manat yığılır.

“Hər ay Lift idarəsinin nümayəndəsi mənzilləri gəzərək lift xidmətinə görə hər mənzildən 10 manat pul yığır. Amma, əslində, mənzildə qeydiyyatda olan hər adama görə 20 qəpik ödənilməlidir. Bizdən niyə artıq pul alınır və ödədiyimiz pula görə göstərilməli olan xidmətlərə nə daxildir?\” – deyə, şikayətçilər bildirir.

Sakinlər bildirir ki, bununla yanaşı, lifti təmir etmək adı ilə Nərimanov rayon Lift İdarəsinin əməkdaşları hər ailədən 300 manat alıb. Amma buna baxmayaraq, nə lifti təmir etmək istəmirlər, nə də pullarını geri qaytaran yoxdur.

Sözügedən sakinlər bununla bağlı Nərimanov rayon Liftlər İdarəsinə, Bakı şəhər Lİft Təmir İstehsalat Birliyinə, 116 saylı Mənzil Kommunal İstismar İdarəsinə və Nərimanov rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onların müraciəti cavasız qalıb.

Qeyd edək ki, əməkdaşımız məsələ ilə əlaqədar Nərimanov rayon Lift İdarəsi ilə əlaqə saxlayıb. Özünü idarənin baş mühəndisi kimi təqdim edən xanım əməkdaşımızın sualına cavab verməkdən yayınıb. Eyni zamanda, o, əməkdaşımızı təhqir edərək məsələ ilə əlaqədar olaraq, heç bir açıqlama verməyəcəyini bildirib.

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır - FOTO

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır - FOTO

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır - FOTO

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır - FOTO

Nərimanov rayon Lift İdarəsi sakinləri qiyama qaldırır - FOTO

İnterpress.az