Güclü külək nəticəsində aşan yük maşınları yol təsərrüfatına ziyan vurub – VİDEObackend

Güclü külək nəticəsində aşan yük maşınları yol təsərrüfatına ziyan vurub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb.

Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti \”Statistika dairəsi\” və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə, ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min manata yaxındır.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kmdə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb.

Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur.

\”Scania\” və \”Iveco\” markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqon-metrə yaxın əyri-xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb.

Nəticədə yol təsərrüfatına 10 mina AZN-ə yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.


İnterpress.az