“Pakrov Məhərrəm” azərbaycanlılara təşəkkür etdi – VİDEObackend

“Pakrov Məhərrəm” azərbaycanlılara təşəkkür etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a iş adamı Məhərrəm Quliyev özü məlumat verib.

O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib. Bildirib ki, anlaşılmazlıq üzündən dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və dünən axşam saatlarında sərbəst buraxılıb.

Biznesmen həbs olunması üçün heç bir səbəb olmadığını, hazırda dostları ilə evinə getdiyini, narahat olan bütün insanlara təşəkkür etdiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan mətbuatında Rusiyada tanınmış biznesmen “Pokrov Məhərrəm”in Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat yayılıb. Bununla yanaşı, sosial şəbəkələrdə polislərin onu qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb.

Məhərrəm Quliyev dostlarının əhatəsində olduğunu əks etdirən video materialları İnterpress.az-ın redaksiyasına yollayıb.

İnterpress.az sözügedən videoları təqdim edir:

https://youtube.com/watch?v=3E2pAq-NTqk