Dənizkənarı Milli Parkda intihar hadisəsi olubbackend

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Dənizkənarı Milli Parkda naməlum şəxsin özünü dənizə atdığı bildirilir.

Hadisə yerində olan əməkdaşımız bildirir ki, xilasedicilər hadisə yerinə çağırılsa da, onlar hadisədən bir saat sonra gəliblər.

Dənizkənarı Milli Parkın mətbuat xidmətindən və rəhbər şəxslərdən heç kim hadisə yerində yoxdur.

Dənizkənarı Milli Parkın Mühafizə Xidmətindən İnterpress.az-ın əməkdaşına iş günü olmadığı üçün heç bir məlumat verə bilməyəcəklərini qeyd ediblər.

İnterpress.az