İtkin düşən şəxsin meyiti meşədə asılmış vəziyyətdə tapılıbbackend

İtkin düşən şəxsin meyiti meşədə asılmış vəziyyətdə tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qoxmaz Qurbanəli oğlu İsmayılovun meyiti yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.

Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, Qorxmaz İsmayılov martın əvvəllərində naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Qorxmaz İsmayılovun anası itkin düşən oğlunu tapmaq üçün Xəzət TV-də yayımlanan “Səni axtarıram” verilişinə də müraciət edib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

İnterpress.az