Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb – Piyadaların həyatı təhlükədə – FOTObackend

Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb – Piyadaların həyatı təhlükədə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxtın Məhəmməd Hadi küçəsində 6 zolaqlı avtomobil yolu üzərində nişanlanma xətti yarıya qədər yoxdur. Bunu özündə əks etdirən fotodan da görmək olur.

Belə ki, iki istiqamətli və 6 hərəkət zolaqlı yolun zebr kimi tanıdığımız xətlər ilə işarələnmiş piyada keçidi yolun bir istiqamətində mövcud olsa da, digər istiqamətində nişanlanmayıb.

Buna görə də, piyadaların həmin yolu bir tərəfdən digər tərəfə keçməsində problemlər yaşanıb.

Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən yolda təmir işləri hələ yekunlaşmayıb: “Hazırda Məhəmməd Hadi küçəsində təmir tikinti işləri gedir. Yolun “Əhmədli” metrostansiyasına qədər olan hissəsində isə işlər yekunlaşıb. Hal-hazırda yolun davamı olaraq işlər görülür. Yolun bir istiqamətində işlər tamam yekunlaşıb, digər istiqamətində isə, hələ ki, yarımçıq qalıb. Dünən axşamdan xəttlənmə işlərinə start verilib. Sadəcə olaraq, bu gün həmin ərazidə sıxlıq yarandığından yolun bağlanmış istiqamətində də avtomobillərin hərəkətinə icazə verilib. Amma sözügedən fotonun isə bu məsələyə aidiyyəti yoxdur. Həmin fotoda göstərilən ərazi Novruz bayramı ərəfəsində təmir olunub və işlər tamam yekunlaşıb. Həmin ərazidə piyadaların keçidi ilə bağlı heç bir problem də yoxdur”.

Yolun bir hissəsi xəttlənib, digər hissəsi yarımçıq qalıb - Piyadaların həyatı təhlükədə - FOTO

Səid Qərib

İnterpress.az