Bağlanan bankların avtomobilləri hərracda satıldıbackend

Bağlanan bankların avtomobilləri hərracda satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Əmanətlər Sığortalanması Fondunun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 apreldə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd “Lexus LS460” avtomobil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.

İnterpress.az