Olimpiya Velosiped Məktəbi ödənişsiz məşqlərə start veribbackend

Olimpiya Velosiped Məktəbi ödənişsiz məşqlərə start verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz valideynlər, övladlarınızı Respublika Olimpiya Velosiped Məktəbinin Bakı və Sumqayıt şəhərlərində təşkil olunan məşqlərinə yazdırın ki, tezliklə ölkə daxili və beynəlxalq yarışlarda uğurlarına birlikdə sevinək.

Nəzərə alın ki, qeydiyyat üçün son müddət may ayının 15 -dək qüvədədir. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsinə öz töhfələrini vermiş məktəblərdən sayılır. Məktəb 1984-cü ildə Respublika Velotrekinin bazasında yaradılıb və fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydançasında, həm də ölkə daxilində şosse yürüşlərində keçirirlər.

Respublika Olimpiya Velosiped Məktəbinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, məşqlər beynəlxalq dərəcəli məşqçilərin iştirakı ilə həkim nəzarətində, sanitar və gigiyenik normalara uyğun şəraitdə keçirilir.

Təlimlər uşaqların fiziki möhkəmliyinə, immunitet artımına, ürək, o cümlədən qan-damar sisteminin, ağciyər və ayaq əzələlərinin sağlam formalaşmasına kömək edir.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə velosiped idmanının inkişafı ilə Azərbaycan Velosiped İdmanı Federasiyası, bir çox klub və idman bölmələri məşğuldur. Bu idman məktəblərinin məqsədi velosiped idmanına maraq göstərən yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və onların peşəkar idmançı kimi hazırlanmasını təşkil etməkdir.

Ünvan: Bakı-AZ 1102, Moskva prospekti 3007, Respublika Velotreki
Əlaqə nömrəsi: (+99412) 404-78-57
Facebook: Respublika-Olimpiya-Velosiped-Məktəbi

İnterpress.az