Pedoqoji Universitetdə müəllim həmkarlarını güllələdi – 4 müəllim öldübackend

Pedoqoji Universitetdə müəllim həmkarlarını güllələdi – 4 müəllim öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Eskişehir şəhərində yerləşən universitetdə silahlı atışma olub. Belə ki, universitetin müəllimi digər 4 müəllimə silahla atəş açaraq onları güllələyib.

Güllələnən müəllimlər Eskişehir xəstəxanasına yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Şəhər polisi silahla atəş açan müəllimi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az